13 dekabr 2024 10:01
164

Rumıniyalı nazir: SOCAR-ın ölkəmizdəki fəaliyyətinin genişlənəcəyinə ümid edirik

Rumıniya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə fəaliyyətinin əhəmiyyətli dərəcədə genişlənəcəyinə ümid edir.

“İki sahil” xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja bildirib.

Onun sözlərinə görə, bu gün SOCAR Rumıniyanın enerji bazarında aparıcı şirkətlərdən biridir: “Təbii ki, digər ölkələrdən olan tərəfdaşlarımız da var, lakin SOCAR-ın bizim üçün dəyəri həqiqətən yüksəkdir. Çünki onlar verdikləri vədlərə əməl edirlər, vergi və digər hüquqi öhdəliklərini yerinə yetirirlər”.

"SOCAR özüm də daxil olmaqla, rumınlar arasında çox sevilən bir brenddir. Mən tez-tez avtomobilimlə SOCAR-ın yanacaqdoldurma məntəqələrinə daxil oluram. Ümid edirəm ki, əlaqələrimizi daha da inkişaf etdirəcəyik. SOCAR-ın neft məhsullarının emalı və bitum istehsalında daha aktiv olacağını gözləyirəm. Bunun üçün çoxlu imkanlar var. Rumıniyaya təkcə 20 milyon əhalisi olan bazar kimi baxmayın, Avropa İttifaqı bazarlarına giriş qapısı kimi baxın”, - deyə nazir əlavə edib.