13 dekabr 2024 13:54
163

Şahin Bağırov Salyanda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

“İki sahil” Komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Salyan, Biləsuvar və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.