Avropa Liqasında pley-offa adlamaq şansını itirən ilk klub bəlli olub.
“İki sahil” xəbər verir ki, bu, Ukraynanın "Dinamo" klubudur.
Komanda ötən gecə Liqa mərhələsinin 6-cı turunda "Real Sosyedad"a uduzub. Geridə qalan 6 oyun ərzində Kiyev təmsilçisi 1 xal belə qazana bilməyib.
Ukrayna klubu bütün matçları məğlub başa vurub.
"Dinamo" hazırda sıralamada sonuncu - 36-cı yerdədir. Beləliklə, komanda artıq pley-off şansını əldən verib.