Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan içməli su ilə təchizat məsələsinə öz töhfəsini verib. Belə ki, Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandanın şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib.
“İki sahil” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri zamanı Rvamaqana şəhər məktəbində olub.
Qeyd olunub ki, məktəb binasının yerləşdiyi ərazidə Heydər Əliyev Fondunun dəstəyi ilə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər tələbatlarını təmin etmək üçün yağış suyundan asılı vəziyyətdə olublar.
Məktəblə tanışlıq zamanı şagirdlər Azərbaycan haqqında daha geniş məlumat əldə edib, ölkəmizin ənənəvi təamlarından dadıblar.
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib