Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandanın paytaxtı Kiqali şəhərində bu ölkənin xarici işlər üzrə daimi katibi Klementine Mukeka ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi üzrə həyata keçiriləcək tədbirlər, ikitərəfli əməkdaşlıq müzakirə edilib. Vurğulanıb ki, Heydər Əliyev Fondu ilə Afrika ölkələri arasında gələcək faydalı əməkdaşlıq münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Leyla Əliyeva, həmçinin Ruandanın gənclər və incəsənət naziri Sandrine Umutoni ilə görüşüb. Azərbaycan ilə Ruanda arasında mədəni əlaqələrə dair, təhsil sahəsində, eləcə də gənclərin mübadilə proqram çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdəki layihələrin xalqlar arasında münasibətlərə müsbət təsiri qeyd edilib. Müxtəlif mövzulara dair sərgilərin təşkili kimi tədbirlərin xalqlarımızın bir-birini daha yaxından tanımalarına imkan yaradacağı bildirilib.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident