Kollektiv Qərb Rusiyanı Mərkəzi Asiyadan sıxışdırıb çıxarmağa və orada “ikinci cəbhə” açmağa çalışır.
"İki sahil" RT-yə istinadla xəbər veri ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bildirib.
“Mərkəzi Asiya, bütün postsovet məkanı kimi, bu gün də Qərbin qeyri-dost siyasətinin obyektidir. Qərb bu məkanda Rusiyaya strateji məğlubiyyətə uğratmağa, Rusiyanı bu regiondan sıxışdırıb çıxarmağa və ideal şəkildə bədnam mövqe açmağa çalışır. Burada da bizə qarşı "ikinci cəbhə" açmağa çalışırlar"- deyə, Qaluzin bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Mərkəzi Asiya regionu ölkələrini Rusiyaya qarşı sanksiya və təcrid siyasətinə cəlb etməyə, həmçinin terrorizmlə mübarizə bəhanəsi ilə regiona mövcudluğunu qaytarmağa çalışırlar.