“El Moudjahid”: Fransa məqsədlərinə çatmaq, Fransa kəşfiyyatının Əlcəzairdə sabitliyi pozmaq planlarını həyata keçirmək üçün xaricdə böyümüş gənc əlcəzairliləri işə cəlb edib
Fransa kəşfiyyat xidmətlərinin Əlcəzairdə sabitliyi pozmağa yönəlmiş planlarda bilavasitə iştirak etdiyi sübuta yetirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Əlcəzairin “El Moudjahid” qəzeti etibarlı diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, bundan sonra Fransa səfiri Stefan Romateti Əlcəzairin Xarici İşlər Nazirliyinə çağırılıb.
Nəşrin yazdığına görə, fransızların təxribatçı hərəkətlərinə müvafiq cavab veriləcəyi səfirin diqqətinə çatdırılıb.
“El Moudjahid” yazır ki, Fransa məqsədlərinə çatmaq, Fransa kəşfiyyatının Əlcəzairdə sabitliyi pozmaq planlarını həyata keçirmək üçün xaricdə böyümüş gənc əlcəzairliləri işə cəlb edib. Lakin Əlcəzairin Milli Təhlükəsizlik Xidməti bu planın qarşısını alıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”