16 dekabr 2024 16:06
82

Kadırov HTŞ-nin terrorçular siyahısından çıxarılmasını təklif edib

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya Suriyada humanitar fəlakətin qarşısını almalıdır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, bunun üçün Rusiya ilə yeni hakimiyyət arasında münasibətlərin gərginləşməsinin qarşısını almaq və “Həyat Təhrir əş-Şam” qruplaşmasının terror təşkilatları siyahısından çıxarılması proseduruna başlamaq lazım olduğunu qeyd edib.

O, həmçinin Çeçenistan Respublikasında yaşayan və işləyən suriyalıların təmas qrupuna cəlb edilməsini təklif edib.