16 dekabr 2024 16:09
76

Ukraynada mövcud hakimiyyətin mənbəyi dövlət çevrilişidir - Putin

Ukrayna və Rusiyanın bütün bəlaları 2014-cü ildə Kiyevdə baş verən konstitusiyaya zidd çevrilişdən sonra başlayıb.

"İki sahil" RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiya iclasında çıxışı zamanı qeyd edib.

Putin bildirib ki, Ukraynada mövcud hakimiyyətin mənbəyi dövlət çevrilişidir.

“Həm Ukraynanın, həm də Rusiyanın bütün bəlaları məhz bu qanlı anti-konstitusiya çevrilişindən sonra başlayıb”, – deyə, prezident vurğulayıb.

O, həmçinin qeyd edib ki, 2024-cü il xüsusi əməliyyatın məqsədlərinə nail olmaq baxımından əlamətdar il olub.