Rusiya qarşıdakı onillikdə Avropada NATO ilə hərbi münaqişəyə tam hazır olmalıdır.
"İki sahil" RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov nazirliyin kollegiyasının genişləndirilmiş iclasında bildirib.
“Müdafiə Nazirliyinin fəaliyyəti aşağıdakı əsas amillərə əsaslanır: Ortamüddətli perspektivdə vəziyyətin istənilən inkişafına tam hazırlığın təmin edilməsi. Yaxın onillikdə Avropada NATO ilə mümkün hərbi münaqişə də daxil olmaqla”, - deyə, Belousov vurğulayıb.