ABŞ-nin Azərbaycandakı səfirliyinin “Report” agentliyinin guya yanlış təəssürat yaradan məlumat yayması barədə “X” platformasında paylaşımı həqiqəti əks etdirmir.
“İki sahil” xəbər verir ki, səfirlik “X” platformasında vurğulayıb ki, “Report” ABŞ səfirliyinə Ermənistandan 1988-90-cı illərdə qovulmuş azərbaycanlıların Ermənistanda mədəni irsinin qorunması ilə bağlı sorğusuna cavabını dərc edilməyib.
“Report” məsələyə bir daha aydınlıq gətirərək bildirib ki, ABŞ-nin Ermənistandakı səfirliyi Azərbaycanın Qarabağ bölgəsində erməni irsinin qorunması ilə bağlı qrant layihəsi elan edib, “Report” Agentliyi isə ABŞ-nin Azərbaycandakı səfirliyinə Ermənistandan 1988-90-cı illərdə qovulmuş azərbaycanlıların Ermənistanda mədəni irsinin qorunması ilə bağlı hansı layihələrin həyata keçirilməsi ilə bağlı sual ünvanlayıb.
Səfirlik sorğuya cavabında Azərbaycanın işğaldan azad edilən ərazilərdə bundan sonra nə etmək istədikləri cavabını göndərib, faktiki olaraq, sorğuya mahiyyətcə cavab verilməyib.
Bu cavaba uyğun olaraq “Report” agentliyi məlumat paylaşıb, amma cavabı tam olaraq dərc etməyə lüzum görmür. Sualın Ermənistan, cavabın isə Azərbaycanın ərazi haqqında olması səbəbindən ABŞ səfirliyinin cavabı adıçəkilən xəbər də ümumi formada verilib.