18 dekabr 2024 17:45
297

Kişi voleybolçular arasında Azərbaycan çempionatında III tur başa çatıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, günün ilk matçında “Xilasedici” "Azərreyl"lə üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə başa çatıb - 3:1 (19:25, 25:23, 25:18, 26:24). İkinci oyunda “Murov Az Terminal” "Gənclər"ə şans verməyib - 3:0 (25:14, 25:14, 25:13).

Qeyd edək ki, ötən gün "Neftçi" MOİK-i məğlub edib - 3:0.