14 mart 2025 15:02
90

Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılmasıdır - Ayxan Abbasov

“Belə bir məsuliyyətli işi mənə etibar etdikləri üçün sevincliyəm”.

“İki sahil” xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

O, bir azərbaycanlı olaraq ölkənin ikinci komandasında işləməyin şərəfli iş olduğunu bildirib: “Üzərimizə çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk növbədə böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.