19 dekabr 2024 17:33
88

ADY-nin bir sıra departament rəhbərləri təltif edilib

2024-cü il noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə ADY-nin bir sıra departament rəhbərləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, ADY-nin kollektivi bu ali qiymətə görə cənab Prezidentə minnətdarlığını bildirir.