Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 19-da Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında olub.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, Ə.Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoydu.
Baş nazir Əli Əsədov, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident