Milli Məclisdə Azərbaycanın xarici ölkələrdəki diplomatlarının təhlükəsizliyinin təmin edilməsi təklif olunub.
“İki sahil” xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı danışıb.
O qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın zəfərindən sonra regionda yeni risklər yaranır:
“Ölkəmizin rəqəmsal təhlükəsizliyinin qorunmasında zərurət yaranıb. Qarabağa qayıdış və yenidənqurma işləri fəal təbliğ olunmalıdır. Səfirlərimiz yeni ticarət əlaqələrinin güclənməsinə xüsusi diqqət yetirməlidirlər. Ona görə də, diplomatlarımızın təhlükəsizliyini, internet resurslarından istifadə ilə qayadaları ilə bağlı maddələrin də qanuna əlavə edilməsini təklif edirəm”.
Almaniya Kansleri: Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir
Prezident: Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var