20 dekabr 2024 15:41
96

“Qazprom” və “Lukoyl” tərəfdaşlıq müqaviləsini 2030-cu ilə qədər uzadıb

"Qazprom" rəhbəri Aleksey Miller və "Lukoil" rəhbərliyi arasında işçi görüş keçirilib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, nəticədə şirkətlər arasında strateji əməkdaşlıq haqqında müqaviləsi imzalanıb. Müqavilə 2025-ci ildən 2030-cu ilə qədər qüvvədə olacaq.

Əvvəlki saziş 2014-cü ildən qüvvədədir. "Şirkətlər qazın, qaz kondensatının və neftin kəşfiyyatı, hasilatı, nəqli, emalı, karbohidrogenlərin və onların emal məhsullarının marketinqi, sənayenin ehtiyacları üçün müasir maşınqayırma məhsullarının istehsalı kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəklər", - deyə, "Qazprom"un mətbuat xidmətindən bildirilib.

Tərəflər, həmçinin "Vaneyvisskoye" və "Layavozhskoye" yataqlarının işlənməsi məsələlərini də müzakirə ediblər.