Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Co Baydenin yoxa çıxmasına diqqət çəkib.
“İki sahil” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Bayden sağdırmı? Son vaxtlar kimsə onu görüb? – deyə ritorik şəkildə Amerika liderinin ictimai məkanda olmamasına işarə edib.
Bu mesajla İlon Mask başqa bir istifadəçinin “X”in paylaşımına münasibət bildirib. Orada xüsusilə qeyd olunub ki, hazırda Co Baydenin yeganə məşğuliyyəti “xəzinəni talamaqdır”.