Telefon dələduzlarının tapşırığı ilə Moskva və eyniadlı vilayətdə son 24 saat ərzində ictimai yerlərdə 10-dan çox bankomat yandırılıb və pirotexniki məmulatlar partladılıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.
“Son 24 saat ərzində ticarət mərkəzlərində və digər ictimai yerlərdə 10-dan çox bankomat yandırılması, fişəng və petardaların partladılması qeydə alınıb. Pozucular saxlanılıb, bütün hallarda insanlar telefon dələduzlarının tapşırıqları ilə hərəkət ediblər”, – agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, saxlanılanlar arasında çoxlu yaşlı insanlar var.
“Hazırda bu faktlarla bağlı araşdırmalar aparılır, nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, – hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib.