“Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə görüşü gözləyəcəm”.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib
Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini dediyini vurğulayıb.
ABŞ-nin yeni lideri Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu, baş verməzdi.