Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, onun Rusiyaya səfəri Ukrayna prezidenti Volodimir Zelenskinin ölkə ərazisindən qaz tranzitinin dayandırılması ilə bağlı sözlərinə reaksiyadır.
“İki sahil” xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində məlumat verib.
“Mənim bugünkü görüşüm cümə axşamı sualıma cavab verən Volodimir Zelenskinin Ukraynadan bizim Slovakiya ərazisinə qaz tranziti ilə bağlı istənilən variantın əleyhinə olduğu barədə sözlərinə reaksiya idi”, - Slovakiya Nazirlər Kabinetinin rəhbəri bildirib.
Qeyd edək ki, Moskvada səfərdə olan Slovakiyanın Baş naziri Robert Fiko Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Aparılan danışıqlardan sonra media üçün birgə bəyanat verilməyib.