Mənim üçün dünyanın səkkizinci möcüzəsi Şuşadır.
“İki sahil” xəbər verir ki, bunu Şuşa sakini Məmmədov Xaliq deyib.
Onun sözlərinə görə, bizə Şuşanı azad edərək qaytaran, bizə bu günü yaşadan dövlət başçımıza, Prezidentimizə, qəhrəman ordumuza minnətdarıq. Bəlkə də dün ədəbiyyatının xəzinəsində bu günün sevincini ifadə edəcək söz yoxdur.
"Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaq uğrunda canından keçmiş şəhidlərimizi həmişə anırıq. Onlar bizim müqəddəs and yerimizdir", -deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.