23 dekabr 2024 19:14
101

Cəbrayılda Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə baxış keçirilib

Cəbrayılda Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə baxış keçirilib, ağacəkmə aksiyası təşkil olunub.

“İki sahil” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin və Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi"nin ərazisindəki Ağıllı Tingçilik təsərrüfatını təmin edən və Dostluq bulağını qidalandıran Hüseynağa kəhrizində aparılan təmir-bərpa işlərinə baxış keçirib.

Daha sonra iştirakçılar Cəbrayıl şəhərinin yaxınlığındakı “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin əkin ərazisində keçirilən ağacəkmə aksiyasında iştirak edib və zeytun ağacları əkiblər.