Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri,
Liviya Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
Azərbaycan ilə Liviya arasında dostluq əlaqələrinin inkişafı məmnunluq doğurur. Sizin noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi xoş təəssüratlarla xatırlayıram. Son bir il yarım ərzində Sizin ölkəmizə ikinci dəfə səfər etməyiniz dövlətlərarası münasibətlərimizin səviyyəsindən xəbər verir.
İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir