İlk növbədə, Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə çıxışı zamanı deyib.
“Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”, - dövlət başçısı vurğulayıb.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir