Estoniya hakimiyyəti Rusiyanın hərbi və dövlət xadimi, feldmarşal general Mixail Barklay de Tollinin Tartu şəhərində ucaldılmış abidəsini sökməyəcək.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə respublika prezidenti Alar Qarış açıqlama verib.
“Bildiyimiz kimi, Latviyada Barklay de Tollinin abidəsi götürülüb. Biz onun Tartudan uzaqlaşdırılması üçün heç bir səbəb görmürük”,- deyə, o, ERR milli dövlət televiziya və radio portalına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, abidə onların mədəniyyətinin bir hissəsidir.