Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Peşəkar teatr dərsləri” layihəsinin 2-13 dekabr 2024-cü il tarixlərində Lənkəran Dövlət Dram Teatrında keçirilmiş ustad dərsləri başa çatıb.
“İki sahil” xəbər verir ki, regionlarda fəaliyyət göstərən teatrların rejissor və aktyorları üçün təşkil olunmuş ustad dərsləri Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və teatrşünas Dağlar Yusif tərəfindən aparılıb. Təlimlər teatrda aktiv yaradıcılıq mühiti formalaşdırmaqla iştirakçılara fikir və təcrübə mübadiləsi, həmçinin kollektivin potensialını inkişaf etdirmək imkanı yaradıb.
Peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə texnikası, həmçinin pyesin mənimsənilmə qabiliyyəti, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətləri təkmilləşdirilib.
Həmçinin, layihə çərçivəsinədə Bəhram Osmanovun bədii rəhbərliyi, gənc və istedadlı rejissor Emil Əsgərovun quruluşçu rejissorluğu ilə dünyaca məhşur isveç dramaturqu Lars Nurenin “Demonlar” pyesi üzərində işə start verilib. Azərbaycanda ilk dəfə tamaşaya qoyulacaq pyes kollektiv tərəfindən maraqla qarşılanıb.
Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub