24 dekabr 2024 15:36
134

Ukrayna ilə bağlı danışıqlar prosesi 2025-ci ildə başlayacaq - Matviyenko

Ukrayna ilə bağlı danışıqlar prosesi 2025-ci ildə başlayacaq.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

“Mən bir daha öz fikrimi bildirirəm. Təbii ki, gələn il danışıqlar prosesi başlayacaq. Amma fikrimcə, danışıqlar prosesi çox çətin olacaq”, - RİA Novosti onun sözlərini sitat gətirib.

Bundan əvvəl Türkiyə Prezidenti administrasiyası yanında Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirmişdi.