24 dekabr 2024 16:57
131

Bayden administrasiyası növbəti sanksiyaların tətbiqini müzakirə edir

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Rusiyanın enerji sektoruna qarşı növbəti sanksiyaların tətbiqi imkanını müzakirə edir.

“İki sahil” xəbər verir ki,  bu barədə "İnterfaks" “The Washington Post”a (WP) istinadən məlumat verib.

"Cozef Bayden vəzifədə olduğu son həftələrdə Rusiyanın enerji sektoruna qarşı yeni ciddi sanksiyaları nəzərdən keçirir", - nəşr bildirib.