24 dekabr 2024 16:36
130

Fitso Moskva görüşündə Putinə YENİ PLAN TƏQDİM EDİB

Moskvada keçirilən danışıqlar zamanı Slovakiyanın baş naziri Robert Fitso Rusiya prezidenti Vladimir Putinə Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması qərarından yan keçmək üçün sxem təklif etmiş ola bilər.

“İki sahil” RT-yə istinadla xəbər veri ki, bu fikri Rusiyalı ekspert Vladimir Olençenko deyib.

Onun sözlərinə görə, Slovakiya və Macarıstan hakimiyyəti Rusiyanın ərazisinin qaz nəqli məntəqəsinə çevrilməsi üçün Moskva ilə müqavilə bağlamağın mümkün olduğunu düşünür.

O, RİA Novosti-yə müsahibəsində belə izah edib: “Belə olan halda, artıq Ukraynadan keçəcək Rusiya qazı deyil, Budapeşt və Bratislavaya məxsus qaz olacaq”.

İqtisadçı vurğulayıb ki, Ukraynanın güzəştə getməsi üçün Slovakiya və Macarıstan Kiyev rejiminə istənilən yardımı dayandırmaqla hədələyə bilər.

Daha əvvəl Fitso bildirmişdi ki, Brüsseldəki danışıqlarda Zelenski Kiyevin NATO-ya üzvlüyünə razılıq verməsi üçün ona Rusiya aktivlərindən 500 milyon avro təklif edib.