Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Patriarx Kirill dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanaraq, humanitar sahədə əlaqələrimizin bu işə töhfə verdiyi qeyd olunub.
Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.
Telefon söhbəti zamanı ölkələrimizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılması ilə bağlı işlərin uğurla həyata keçirildiyi bildirilib.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir