ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə məktub göndərib.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ailəsi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuram.
Bu əlamətdar gün Sizin uzaqgörən liderliyinizi və Azərbaycan Respublikasının tərəqqisinə, firavanlığına daimi sadiqliyinizi qeyd etmək üçün gözəl fürsətdir. Zati-alinizin dayanıqlı inkişafın təşviqi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün göstərdiyi fədakarlıq istər Azərbaycanda, istərsə də dünya miqyasında böyük heyranlıq doğurmuşdur.
ICESCO Azərbaycanla möhkəm tərəfdaşlığı, həmçinin İslam dünyasında və onun hüdudlarından kənarda təhsil, elm və mədəniyyəti inkişaf etdirmək üçün ortaq missiyamıza verdiyiniz davamlı dəstəyi yüksək qiymətləndirir.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Uca Allah Sizə daha böyük nailiyyətlər və gözəl xalqınıza davamlı rifah nəsib etsin!
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır