25 dekabr 2024 14:38
93

XİN-dən təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım

Bu gün “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

"Baş verən bu dəhşətli qəza nəticəsində həlak olan şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə və doğmalarına dərin hüznlə baş sağlığı verir, yaralılara şəfa arzu edirik", - deyə paylaşımda bildirilib.