Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə Aleksandr Vuçiç "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu çətin anlarda yanınızdayıq", - o qeyd edib.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir