Prezident İlham Əliyev AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı keçirdiyi müşavirədə bir sıra tapşırıqlar verib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı deyib ki, bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurmuş və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı ona məlumat verilib:
“Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndüm. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilib”.
İlham Əliyev əlavə göstərişlə Azərbaycan həkimlərindən ibarət briqadaların da Aktau şəhərinə tezliklə ezam olunacağını vurğulayıb.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır