İngiltərə Premyer Liqa klublarından "Aston Villa" heyətini türk futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda "Kasımpaşa"da forma geyən Yasin Özcanı transfer edib.
"Aston Villa" bu transfer üçün Türkiyə təmsilçisinə 8 milyon avro ödəməli olacaq.
18 yaşlı futbolçu yanvar ayından etibarən Premyer Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm çıxdığı 16 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.