Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Prezident, Əziz Qardaşım,
Bu gün səhər Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğradığını, qəzada həyatını itirənlərin və xəsarət alanların olduğunu böyük kədər hissi ilə öyrəndim.
Zati-alinizə və qardaş Azərbaycan xalqına, xüsusən də yaxınlarını itirənlərə xalqım və şəxsən öz adımdan başsağlığı verir, səbir diləyirəm. Uca Allahdan həyatını itirənlərə rəhmət, yaralılara tezliklə şəfa diləyirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizin və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı bir daha bildirirəm".
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir