26 dekabr 2024 00:02
120

Təyyarə qəzasında həlak olanlar üçün Avstriyadakı Azərbaycan Evində xatirə guşəsi yaradılıb

Avstriya Respublikasının Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qrozni reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində dünyasını dəyişən soydaşlarımızın xatirəsinə Salzburq Azərbaycan Evində xatirə guşəsi düzəldilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Avstriya Azərbaycanlıları Cəmiyyətindən bildirilib.

Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburq Azərbaycan Evi adından həyatını itirənlərin ailələrinə başsağlığı verib, qəzadan sağ çıxanlara şəfa diləyib.