Almaniya Gürcüstana 200 milyon avro məbləğində dəstək layihələrini dayandırıb.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
"Biz ölkə hakimiyyəti ilə əməkdaşlığı azaltdıq və dəyəri 200 milyon avrodan çox olan dəstək layihələrini dayandırdıq", - A.Berbok bəyanatında vurğulayıb.
Onun sözlərinə görə, eyni zamanda Berlin Avropa İttifaqı (Aİ) üzrə tərəfdaşları ilə Gürcüstanın məsul şəxsləri üçün vizasız rejimin ləğvindən məqsədli sanksiyaların tətbiqinə qədər növbəti tədbirləri müzakirə edir.