Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı veriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.
“Bütün həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan mərhumlara rəhmət, ailələrinə səbir və yaralılara şəfa diləyirik”, - başsağlığında vurğulanıb.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir