Qubada avtomobilin vurduğu 83 yaşlı kişi üç gün sonra keçinib.
“İki sahil” xəbər verir ki, dekabrın 23-də 2002-ci il təvəllüdlü Musa Hüseynov idarə etdiyi “VAZ 21 07” markalı avtomobillə piyada, 1941-ci il təvəllüdlü Rafiq Məmmədovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, kişi ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.