27 dekabr 2024 09:42
153

İcma fransalı deputatın azərbaycanlıların qayıdış hüququna zidd fikirlərini qınayıb

Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazonun azərbaycanlıların qayıdış hüququna qarşı fikirləri ziddir.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

Belə ki, fransalı deputat Ermənistanın “Armenpress” mətbuat orqanına verdiyi müsahibəsində sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib.

"Müsahibəsində, bir tərəfdən guya Ermənistanın suverenliyinin qeydinə qaldığını göstərməyə çalışan fransız siyasətçisi, digər tərəfdən suveren ölkə adlandırdığı Ermənistana Azərbaycan ilə danışıqlarda hansı mövqedə çıxış etməli olduğuna dair ağıl öyrədir. N. Luazo, Ermənistanı Qərbi azərbaycanlıların qayıdış hüququ və regional kommunikasiyaların açılması məsələsini müzakirə etməməyə çağıraraq əsl niyyətinin iki ölkə arasında davamlı sülhün bərqərar olmasının qarşısını almaq olduğunu açıq şəkildə nümayiş etdirir".

N. Luazo, Xocalı soyqırımı daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin azad edilməsi kimi əsassız tələb irəli sürməklə hüquqa zidd yanaşmasını bir daha ortaya qoyur.
Bütün bunlar Natali Luazonun irqi əsasda ayrı-seçkili yanaşmasını və sülhə qarşı olmasını bir daha sübut edir. Bu həmçinin, ona Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə əlaqələr heyətinin rəhbər müavini rolunun həvalə edilməsinin nə qədər yanlış olduğunu göstərir.