Dövlət Komissiyası baş vermiş faciəli hadisəni hər tərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib ictimaiyyətə geniş məlumat verəcək.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayıb: "Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var. Prezident İlham Əliyevin sərəncamı ilə dünən ölkədə matəm elan edilmişdi. Dövlət başçısının sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb. Komissiya baş vermiş faciəli hadisəni hər tərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib ictimaiyyətə məlumat verəcək. Qəzada həyatını itirənlərə allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına baş sağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzu edirik”.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir