Baş nazir yenə gülünc vəziyyətə düşdü
Artıq çoxdan hamıya məlumdur ki, Nikol Paşinyan hakimiyyətə gələndən dərhal sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yaratdı və onu alovlandırdı. Rusiyaya qarşı təşkil edilən mitinqlərdə o ölkənin bayrağını yandırdılar, Prezident Vladimir Putinin portretlərini ayaqlar altına atdılar. Rus dilini sıxışdırdılar və rusdilli məktəbləri bağladılar. Təzə ağaları Paşinyana təlimat vermişdilər ki, Rusiyanın izini belə Ermənistandan qazıyıb atmalıdır. İlk vaxtlar mülki rusları təzyiq vasitəsi ilə tutduqları vəzifələrdən, sonra isə ölkədən qovan baş nazir və komandası əsas məsələdə, yəni Rusiyanın 102-ci hərbi bazasını və sərhəd qoşunlarını ölkədən zorla çıxarmağa cəsarət etmədilər. Lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında öz fəaliyyətini dondurdu. Dörd ildir ki, Paşinyan Rusiyaya qarşı əlindən gələni əsirgəmir. Baş nazir Moskadan qaçır, Rusiya ilə eyni təşkilatlardan çıxmağa çalışır, orada təşkil edilən hər hansı tədbirə qatılmamaq üçün müxtəlif bəhanələr uydurur.Gətirdiyi bəhanələr o qədər suni və məzəlidir ki, heç məktəbli uşaq da ona inanmaz.
Bir neçə gün əvvəl guya COVID-19 testinin müsbət çıxması səbəbindən MDB-nin qeyri-rəsmi sammitində iştirak üçün Sankt-Peterburqa gedə bilmədiyini açıqlayan Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında növbəti videokadrları ilə diqqət mərkəzinə gəlib.
Bildirilir ki, Paşinyan özünün kabinetindən çəkilmiş videokadrlarını “növbəti testin nəticəsini gözləyirəm” qeydi ilə şəxsi hesabında yerləşdirib. Xatırladaq ki, bundan əvvəl N. Paşinyan koronavirus testinin müsbət nəticəsi barədə paylaşım etsə də, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Ümid edirik ki, sabah Avrasiya İqtisadi İttifaqının (Aİİ) planlaşdırılan hissə olacaq, o, videokonfransda bağlantı formasında iştirak edə biləcək”, - açıqlamasını vermişdi. Lakin İrəvandan bu mesaja heç bir cavab gəlməmişdi.
Qəribəsi budur ki, bir qədər əvvəl TASS sammitdəki mənbəyə istinadən Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı sammitində, videobağlantı vasitəsilə iştirak etməyi planlaşdırdığı xəbərini yayıb.
N. Paşinyanın bu iddiaya reaksiya vermək əvəzinə, növbəti dəfə koronavirus testi verməsi ilə bağlı xəbər gülməlidir. Belə görünür ki, erməni baş nazir Kremlin təkidlərinə baxmayaraq bütün vasitələrə əl atır ki, ağır xəstə olduğunu “sübuta yetirsin”. Bu isə baş nazir üçün sadə bir işdir. Xəstəxanadan xəstəlilyi barədə arayış almaqla həll edə bilər. Bir də ki, Sank-Peterburqda onun xəstəliyini və ya sağlamlığını kim yoxlayacaq? Özü də videokadrlardan Paşinyanın üzündə xəstəlik, yaxud COVID-19 əlamətləri görünmür. Əgər doğru deyirsə, onda nə üçün xəstəxana şəraitində müalicə olunmur? Əgər doğru deyirsə, onda nə üçün xəstəxana şəraitində müalicə olunmur? Əgər doğru deyirsə, onda nə üçün xəstəxana şəraitində müalicə olunmur? Ona görə də heç kəs onun xəstə olduğuna inanmır və başa düşür ki, Ermənistanın rəhbəri Sankt-Peterburqa gəlməmək üçün dayaz bir bəhanə uydurur. Beləliklə, Paşinyan yalnız özü özünü aldadır və ifşa edir.
Aİİ-nin növbəti sammiti Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək. Bu ölkənin prezidenti Aleksandr Lukaşenko Paşinyanı ələ salaraq bildirib ki, əgər Nikol özü gələ bilməsə onu gətirmək üçün təyyarə göndərə bilər.
Lukaşenkonun bu zarafatı Ermənistan rəhbərinin qəribə davranışını sammit iştirakçılarının gülüş hədəfinə çevirib. Paşinyanın belə komik vəziyyətə düşməsi birinci dəfə deyil, Məşədi İbad demişkən, bir növ adətkərdədir.
Vəli İlyasov, “İki sahil”