Xorvatiyanın Baş naziri Andrey Plenkoviç azərbaycanlı həmkarı Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
“Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin sərnişinləri və ekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım. Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Biz həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir