Bu il Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqları məsələsi diqqət mərkəzində saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Qərbi Azərbaycan İcmasının müvafiq müraciətlərinin BMT və digər beynəlxalq platformalarda rəsmi sənədlər kimi yayılması təmin olunub. Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasında çıxışı zamanı, İcmanın hüquqlarının pozulduğunu, dialoqa başlamaq və onların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışlarını təmin etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, mühüm beynəlxalq aktlarda təsbit olunmuş qayıdış hüquqlarının Ermənistan tərəfindən rədd edildiyi vurğulanıb.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir