Ana haqqını itirən övladlara ar olsun!
Haylar həmişə başqalarına biganəlik və etibarsızlıq göstərdikləri kimi, öz kasıb və köməksiz soydaşlarına belə sayğısızlıq ediblər. Bu dəfə daha təəccüblüsü baş verib. Hətta övladlarının belə analarını dəfn etməyə gəlməmələri bunların nə qədər murdar olduğunu nümayiş etdirir. Belə məlum olur ki, insanlıqlarını tamanilə itirmiş görənək övladlar ölmüş analarına son borclarını vermək istəmirlər. Deməli, nankor ermənilərə görə ana müqəddəsliyi haqqında yazılan bu qədər kitablar, çəkilən filmlər, hazırlanan tamaşalar, keçilən dərslər, bəstələnən mahnılar və s. hamısı cəfəng təbliğat imiş. İndi bunun bariz nümunəsini göstərəcəyik.
Xankəndi şəhər sakini, erməniəsilli, 1954-cü il təvəllüdlü Ağasyan Vera Varşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində tək yaşadığı ünvanda vəfat edib. Bununla bağlı Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən mətbuata açıqlama verilib. Aidiyyəti idiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizasının təyin olunan ekspertizanın görə, 70 yaşlı qadının ölümünə səbəb kəskin ağciyər-ürək çatışmazlığının olduğu bildirilib.
Demək lazımdır ki, V. Ağasyan əvvəldən həkim nəzarəti altında olub və ona dərmanlar, lazımi sosial müdafiə dəstəyi göstərilib.
V.Ağasyanın vəfat etməsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən elə həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi məlumatlandırılıb. Bu barədə Ermənistanın aidiyyəti dövlət qurumlarının və Vera Ağasyanın ailə üzvlərinin məlumatlandırılması xahiş edilib.
Sonrakı prosesdə Ermənistanda dəfn edilməsi ilə bağlı övladlarının istəyi nəzərə alınaraq meyitin qarşı tərəfə təhvil verilməsi üçün Dövlət Komissiyası tərəfindən BQXK-ya rəsmi müraciət edilib. Humanitar prosesin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən zəruri hazırlıq tədbirləri görülüb, ölüm haqqında tibbi şəhadətnamə və müvafiq sənədlər notarial qaydada ingilis dilinə tərcümə edilərək təsdiq edilib. Meyitin 29 və ya 30 oktyabr tarixlərində BQXK-nın vasitəçiliyi ilə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistanın aidiyyəti dövlət qurumlarına təhvil verilməsi planlaşdırılıb və görülmüş tədbirlər barədə qarşı tərəfə məlumat göndərilib. Lakin müraciətdən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir cavab alınmayıb. Ötən müddət ərzində məsələ BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bir neçə dəfə müzakirə edilsə də, qurumdan Ermənistan tərəfinin bu barədə onlara cavab vermədiyi bildirilib.
Əvvəllər anaları ilə əlaqə saxlamayan və onun sağlamlığı və dolanışığı ilə maraqlanmayan övladlarının vəfat etdikdən sonra dəfn olunması üçün meyitin Ermənistana təhvil verilməsi ilə bağlı BQXK-ya müraciət etmələri, sonradan isə proseslə bir daha maraqlanmamaları əvvəlcədən düşünülmüş çirkin təbliğat planının tərkib hissəsi olub. Belə ki, Ermənistan tərəfi ehtimal etmişdir ki, Azərbaycan tərəfi V. Ağasyanın övladlarının meyitin qarşı tərəfə təhvil verilməsi tələbindən imtina edə və bu faktdan COP-29 öncəsi Azərbaycana qarşı siyasi məqsədlər üçün istifadə oluna bilər. Azərbaycanın humanitar prosesi həyata keçirməyə hazır olduğunu gördükdən sonra isə istəklərinə nail ola bilmədiklərindən proses onlar üçün əhəmiyyətini itirib.
Dinindən, irqindən və milliyyətindən asılı olmayaraq vəfat etmiş insanla bağlı məsələnin siyasiləşdirilməsi və bu hadisənin Azərbaycana qarşı çirkin təbliğat vasitəsinə çevrilməsi cəhdləri humanitar hüquq normalarına və bəşəri dəyərlərə hörmətsizlikdir. Bu, ilk növbədə insan adlandırılan haylara məxsus əcaib nankorluqlardan biridir.
Azərbaycanın həmişə beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşdığını və beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini diqqətə çatdıraraq Dövlət Komissiyası V. Ağasyanın meyitinin qarşı tərəfə verilməsinə hazır olduğunu bir daha bəyan edir. Dini adətlərə, o cümlədən aidiyyəti mütəxəssislərin elmi rəylərinə əsasən, insan meyitinin uzun müddət saxlanılması mümkün olmadığı üçün 2025-ci ilin yanvar ayının sonunadək Ermənistan tərəfi və övladları V. Ağasyanın meyitini qəbul etməyəcəyi halda, Azərbaycan Respublikasının ərazisində dəfn ediləcək.
Çoxbilmiş qarğa dimdiyindən tələyə düşər. Ermənlərin sərsəm düşüncə və ağılsız hərəkətləri qarğaları xatırladır. Açıq görünür ki, onlar nə dirilərinin, nə də ölülərinin qədrini bilirlər. El arasında belələri barədə deyirlər: Anasının südü haram olsun!
Vəli İlyasov, “İki sahil”