29 dekabr 2024 12:15
143

Zahid Oruc: Təyyarə qəzasından qazanc güdənlər Xocalı faciəsindən yararlanıb hakimiyyəti zəbt edənlərdir

Təyyarə qəzasından qazanc məqsədi güdənlər Xocalı faciəsindən yararlanıb hakimiyyəti zəbt edənlərdir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, yerə çırpılan hava gəmisini tikanlı məftillərin üstündə karikatura edərək yayanlar xarici agenturanın siyasi məhbəsindədir: "Dövlətin sosial siyasətini linç etməyə qalxanlar həlak olanların birinin dəfn mərasiminə qatılıb ailələrinə mənəvi-maddi yardım etməyiblər. Ölənlərin coğrafi mənsubiyyətini - Balakən və Qusardan olmalarını istismar edib milli-etnik toqquşma çıxarmaq istəyənlər unudur ki, Şəhidlər xiyabanı milli birliyimizin müqəddəs ünvanıdır".

Deputatın fikrincə, təyyarə qəzasının səbəbi hər gün genişlənən və Şimali Qafqaza çatan Rusiya-Ukrayna müharibəsidir.

"Hələ ki gec deyil, nüvə partlayışı olmamış savaşı durdurun! Bütün regionu zəhərləyən, coğrafiyası genişlənən müharibənin dayandırılması üçün BMT-yə çağırış edirik - təyyarələri korluğa məhkum edən lənətə gəlmiş müharibədir", - o vurğulayıb.