Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanındadır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə deyib.
Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.
Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.
Nazir müavini həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb