Əfqanıstanın Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin XİN başçısının müavini Əlhac Şer Məhəmməd Stanekzai ilə görüşüb.
“İlham Məmmədov xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əlhac Şer Məhəmməd Abbas Stanekzai ilə görüşüb”, – Əfqanıstan XİN-in məlumatında qeyd olunub.
Bildirilib ki, görüşdə Stanekzai “Azərbaycan Hava Yolları”na məxsus mülki təyyarənin qəzaya uğraması bağlı başsağlığı verib və Əfqanıstanın siyasi, iqtisadi və sosial sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsinə sadiq qaldığını bildirib. “Əfqanıstan hökumətinin başsağlığına görə təşəkkürünü bildirən cənab Məmmədov bunu iki ölkə arasında həmrəylik və qardaşlıq ruhunun böyük təzahürü kimi qiymətləndirib və əlavə edib ki, Azərbaycan Əfqanıstanla siyasi əlaqələri genişləndirməkdə maraqlıdır və ölkəsinin Əfqanıstanla iqtisadi əməkdaşlığa hazır olduğunu açıqlayıb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Səfir həmçinin ikitərəfli münasibətlərin gücləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb